“Çanaqqalada bir əsr əvvəl aparılan mübarizəni başa düşməyənlər...", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan 18 Mart Şəhidlərinin xatirəsi və Çanaqqala Dəniz Qələbəsinin 105 illiyi  münasibətilə bəyanat yayıb.

1380315
“Çanaqqalada bir əsr əvvəl aparılan mübarizəni başa düşməyənlər...", R.T. Ərdoğan

“Çanaqqalada bir əsr əvvəl aparılan mübarizəni başa düşməyənlərin hazırda Türkiyəyə istiqamətli təhdidlərə qarşı mövqeyimizdəki əzm və müqaviməti başa düşmələri də qeyri-mümkündür”.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan 18 Mart Şəhidlərinin xatirəsi və Çanaqqala Dəniz Qələbəsinin 105 illiyi  münasibətilə yaydığı  bəyanatda deyib.

Prezident Ərdoğan açıqlamasında 105 illik yubileyi qürur hissi ilə qeyd olunan Çanaqqala zəfərinin Türk millətinin birlik və həmrəylik içində, vətən və millət sevgisi ilə yazdığı qəhrəmanlıq dastanı olduğunu bildirib.

Ərdoğan Çanaqqala Zəfərinin böyük imkansızlıqlara baxmayaraq millətin müstəqilliyini, şərəfini və vətənini qorumaq uğrundakı fədakarlıqlarını göstərən şərəfli bir dastan olduğunu qeyd edərək deyib:

"Bir əsr əvvəl Çanaqqalada baş verənlərdən xəbəri olmayanlar və mübarizəni başa düşməyənlər hazırda ölkəmizə qarşı təhdidlərə qarşı olan əzm və qətiyyətli mövqeyimizi dərk etmələri qeyri-mümkündür".

Qeyd edək ki, Çanaqqala savaşları Birinci Dünya müharibəsi illərində 1915-1916 illəri arasında Osmanlı İmperiyası ilə Gelibolu yarımadasında Antanta dövlətləri arasında dəniz və quru döyüşləri olaraq bilinir.

Çanaqqalada qazanılan zəfər İstiqlal mübarizəsində və Türkiyə Cümhuriyyətinin qurulmasında əhəmiyyətli bir rol oynayıb.



Әlaqәli Xәbәrlәr