Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Suriyadakı "Fərat qalxanı" əməliyyatı bölgəsinə sızmağa cəhd edən terror təşkilatı PKK/YPG-nin 2 üzvü zərərsizləşdirilib.

1379506
Türkiyənin  Milli Müdafiə Nazirliyi məlumat yayıb

Suriyadakı "Fərat qalxanı" əməliyyatı bölgəsinə sızmağa  cəhd edən terror təşkilatı PKK/YPG-nin 2 üzvü zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

''Fərat qalxanı" əməliyyatı bölgəsinə sızmağa  cəhd edən terror təşkilatı PKK/YPG-nin 2 üzvü qəhraman hərbçilərimiz tərəfindən  zərərsizləşdirilib.  Bölgədə sülh və əmin-amanlığın təmin olunması üçün  hər növ  tədbiri görməyə davam edəcəyik'',-deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib.

Digər tərəfdən ''Tolhildan Azat'' ləqəbli terrorçu Ramazan Güçərin təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib. Məlumatda bu il təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu sayının 63-ə yüksəldiyi vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr