Rusiya və Türkiyənin İdlibdəki M4 yolunda ilk birgə patrul xidməti

Rusiya və Türkiyə martın 15-də İdlibdəki M4 yolunda ilk birgə patrul həyata keçirdi.

1378374
Rusiya və Türkiyənin İdlibdəki M4 yolunda ilk birgə patrul xidməti

 

  Türkiyə hərbçiləri ilə danışıqlar konstruktiv keçib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, danışıqların nəticələri İdlib böhranına dair Rusiya və Türkiyə prezidentləri arasında martın 5-də Moskvada əldə edilmiş bütün razılaşmaları reallaşdırmağa imkan verir. Məlumata əsasən, Rusiya və Türkiyə martın 15-də M4 yolunda ilk birgə patrul həyata keçirdilər.

  Xatırladaq ki, Türkiyə və Rusiya hərbçiləri Ankarada danışıqlar aparıb və İdlib bölgəsində vəziyyətin nizama salınmasına dair saziş imzalayıblar.



Әlaqәli Xәbәrlәr