Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyə Silahlı Qüvvələrinin son bir ay ərzində separatçı terror təşkilatı PKK/YPG-yə qarşı keçirdiyi əməliyyatlar nəticəsində 286 terrorçu zərərsizləşdirilib.

1377726

Türkiyə Milli Müdafiə Nazirliyi terrorçulara qarşı aparılan əməliyyatlarla bağlı açıqlama verib.

Məlumata əsasən, Suriyada ''Sülh çeşməsi'' əməliyyatının keçirildiyi bölgədə son bir ay ərzində keçirilən əməliyyatlar nəticəsində 155 terrorçu zərərsizləşdirilib. Eyni dövrdə ''Fərat qalxanı'' əməliyyatının keçirildiyi bölgədə həyata keçirilən əməliyyatlar zamanı 87 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Məlumatda həmçinin İdlibdəki müşahidə məntəqələrinin öz fəaliyyətini davam etdirdiyi və buradan iri çaplı silahların çıxarılmadığı ifadə edilib.

Rusiya hərbi heyəti ilə paytaxt Ankarada keçirilən görüşlərə də toxunulan məlumatda martın 15-dən etibarən  Türkiyə-Rusiya birgə patrul xidmətinin də  başlayacağı vurğulanıb.

Әlaqәli Xәbәrlәr