İbrahim Kalın koronavirusla bağlı görüləcək tədbirləri açıqlayıb

Türkiyə dünyada yayılmağa davam edən yeni növ koronavirusla (Kovid-19) bağlı bundan sonra atılacaq addımları müəyyən edib.

1377328
İbrahim Kalın koronavirusla bağlı görüləcək tədbirləri açıqlayıb

Türkiyə dünyada yayılmağa davam edən yeni növ koronavirusla (Kovid-19) bağlı  bundan sonra atılacaq addımları müəyyən edib.

Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi və müvafiq nazirlər ilə qurumların iştirakı ilə Prezident İqamətgahında koronavirusla bağlı keçirilən iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb və bəyanatlar verib.

Prezident  Rəcəb Tayyib Ərdoğanın xarici ölkələrə edəcəyi səfərlərin təxirə salınacağını bildirən İbrahim Kalın ölkə daxilində görülən  bəzi tədbirləri açıqlayıb.

"İlk olaraq lisey, ibtidai və orta məktəblərin fəaliyyəti  martın 16-dan etibarən dayandırılacaq. Martın 23-dən etibarən şagirdlərimiz internet və televiziya kanalları vasitəsilə təhsillərini davam etdirə biləcəklər. Universitetlərdə tətil müddəti martın 16-dan etibarən 3 həftə olacaq. İdman yarışlarının da aprel ayının sonunadək azarkeşsiz keçirilməsinə qərar verilib'',-deyə Türkiyə Prezident Aparatının sözçüsü qeyd edib.
Bu arada səhiyyə naziri Fəxrəddin Koca Türkiyədə koronavirusa yoluxan 2-ci adamın da qeydə alındığını deyib.
Bu barədə Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.

 



Әlaqәli Xәbәrlәr