H.Akar: “Rusiya heyəti ilə imzalanan razılaşma qüvvədədir”

Türkiyə və Rusiya Suriyanın İdlib bölgəsi ilə əlaqəli ortaq koordinasiya mərkəzlər yaradacaqlar. Bu barədə Milli Müdafiə Naziri Hulusi Akar danışıb.

1377838
H.Akar: “Rusiya heyəti ilə imzalanan razılaşma qüvvədədir”

Hulusi Akar paytaxt Ankarada Rusiya hərbi heyət ilə baş tutan danışıqlara dair açıqlamasında: “Heyətlər arası danışıqlar nəticəsində imzalanan razılaşma qüvvəyə mindi. Buna görə 15 Martda İdlibin M4 magistralında Türkiyə-Rusiya ortaq patrulu icra ediləcək. Həmçinin Rusiya ilə ortaq koordinasiya mərkəzlər yaradılacaq və bu mərkəzlərdəki fəaliyyətlər Rusiya ilə Türikyə tərəfindən icra ediləcək. Türkiyənin əsas məqsədi İdlibdə dami atəşkəs təmin etməkdir. Bunun üçün də bütün öhdəliklərimizi yerinə yetirdik. Rusiya da buna müsbət yanaşır. İdlibdən köçün dayandığını müşahidə edirik. Hətta evlərinə qayıdanlar belə var”- deyə Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr