Türkiyənin səhiyyə naziri ölkədə korona virusu ilə bağlı açıqlama verdi

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca nazirlikdə təşkil edilən mətbuat konfransında deyib:

1376001
Türkiyənin səhiyyə naziri ölkədə korona virusu ilə bağlı açıqlama verdi

 

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca nazirlikdə təşkil edilən mətbuat konfransında ölkədə ilk korona virusuna yoluxma hadisəsinin qeyd edildiyini açıqlayıb. Nazir deyib:

  "Korona virusu şübhəsi olan bir vətəndaşımızın test nəticəsində yoluxma hadisəsi çıxdığı bəlli olub. Diaznoz yüksək atəş və öskürək şikayəti səbəbinin araşdırılması nəticəsində qoyulub. Xəstənin virusu Avropa təması üzərindən gəlir. O hal-hazırda ətraf mühitdən təcrid edilib. Xəstə kişidir və ümumi vəziyyəti yaxşıdır. Ailə fərdlərinin hamısı və yaxın ətrafındakı bütün adamlar bu mənada karantin altındadır və hər biri şübhəli olaraq qəbul edilib.  

  Çinin Vuhan şəhərində 90 gün əvvəl - 12 dekabr 2019-cu ildən ortaya çıxan yeni tip korona virusunun 1-2 həftə içində başqa ölkələrə çox sürətlə bulaşmasına baxmayaraq, Türkiyə bu müddətdə böyük tədbirlər görüb.”



Әlaqәli Xәbәrlәr