"Türkiyədə indiyədək yeni növ koronavirus aşkarlanmayıb", F.Koca

Səhiyyə naziri Fəxrəddin Koca Türkiyədə indiyədək yeni növ koronavirus aşkarlanmadığını bildirib.

1374973
"Türkiyədə indiyədək yeni növ koronavirus aşkarlanmayıb", F.Koca

Səhiyyə naziri Fəxrəddin Koca Türkiyədə indiyədək yeni növ koronavirus aşkarlanmadığını bildirib.

Nazir bununla bağlı açıqlamasında yeni növ koronavirus epidemiyasının qlobal problem olduğunu vurğulayıb.

“Türkiyə olaraq köməklik göstərə biləcək mövqedə olan ölkələrdən biriyik” deyə bildirən nazir Türkiyənin bütün tədbirləri gördüyünü qeyd edib.

“Narahat olacaq vəziyyət yoxdur. Bütün dövlət qurumlarımız, Nazirliyimiz lazım olanları digər heç bir ölkənin yerinə yetirmədiyi səviyyədə yerinə yetirir” deyə nazir vurğulayıb.

Səhiyyə naziri Fəxrəddin Koca Avropanın isə hələ lazım olan tədbirləri görmədiyini söyləyib.

İrandakı yeni növ koronavirus epidemiyasına toxunan nazir “İranda Qum şəhəri karantinə salınsaydı virüs bu qədər yayılmazdı” ifadələrini  işlədib.



Әlaqәli Xәbәrlәr