"Bizə verilən sözlər yerinə yetirilməzsə..." R.T.Ərdoğan

Ərdoğan sözügedən mövzu ilə bağlı bildirib...

1374230
"Bizə verilən sözlər yerinə yetirilməzsə..." R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd hökumətinin Türkiyə və Rusiyanın Suriyanın İdlib bölgəsi üçün bağladığı atəşkəs müqaviləsini pozarsa, hərəkata təkrar başlayacaqları xəbərdarlığını etdi.

  8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə İstanbulun Haliç Konqres Mərkəzində təşkil edilən "Türkiyənin qəhrəman qadınları" proqramında çıxışında Ərdoğan sözügedən mövzu ilə bağlı bildirib:

  “Türkiyənin hərəkatında məqsəd Suriyanın torpaqlarını işğal etmək deyil. Yeganə məqsədimiz ölkəmizdə yaşayan 3,6 milyon suriyalı ilə sərhədlərimizə söykənən 1,5 milyon idliblinin etibarlı şəkildə evlərinə dönüşünü təmin edəcək mühit yaratmaqdır.

  Suriya hökuməti Rusiya ilə əldə etdiyimiz razılaşmanı pozarsa, şiddətli şəkildə bir daha bu zalımların üzərinə gedəcəyik. Biz bu müqaviləni yalnız İdlibdəki böhranın çox qan tökülmədən həllini təmin etmək ümidiylə bağlamışıq.

  İdlib xalqının və Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin edəcək hər həll qəbul edilə bilər.

  Bizə verilən sözlər yerinə yetirilməzsə, buraları öz üsullarımızla necə təmizləyəcəyik, artıq özümüz bilirik."



Әlaqәli Xәbәrlәr