“İdlibdə baş verənlər çərçivəsində, birgə anlayışla razılıq əldə olunacağına ümid edirik”, İ.Kalın

İbrahim Kalın prezident Ərdoğanın başçılığında keçirilən kabinet yığıncağından sonra Ərdoğanın bu gün Rusiyaya reallaşdıracağı səfəri barədə açıqlama verib.

1372119
“İdlibdə baş verənlər çərçivəsində, birgə anlayışla razılıq əldə olunacağına ümid edirik”, İ.Kalın

“İdlibdə baş verənlər çərçivəsində, birgə anlayışla razılıq əldə olunacağına ümid edirik”.

Bunu Prezident Aparatının sözçü İbrahim Kalın prezident Rəcəb Ərdoğanın Rusiyaya edəcəyi səfərlə bağlı verdiyi açıqlamada deyib.

İbrahim Kalın prezident Ərdoğanın başçılığında keçirilən kabinet yığıncağından sonra verdiyi açıqlamada Ərdoğanın bu gün Rusiyaya reallaşdıracağı səfəri barədə bildirib:

“İdlibdə baş verənlər çərçivəsində, birgə anlayışla razılıq əldə olunacağına ümid edərək gedirik. Moskvaya gedərkən əsas çərçivəmiz Rusiya Federasiyası ilə (2018-ci ildə) imzaladığımız İdlib razılaşmasında təcili atəşkəs təmin edilməsidir.

Digər tərəfdən Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası yığıncağı təşkil edib.

Kremlin Mətbuat Xidmətindən verilən açıqlamada Təhlükəsizlik Şurası yığıncağında İdlibdəki vəziyyətin müzakirə olunduğu bildirilərək deyilib:

“Ayrıca Rusiya və Türkiyə arasındakı ikili əlaqələrlə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya reallaşdıracağı səfərlə bağlı hazırlıqlar müzakirə olundu”.



Әlaqәli Xәbәrlәr