Daxili işlər naziri Süleyman Soylu Yunanıstanın qərarını tənqid etdi

Daxili işlər naziri Süleyman Soylu Yunanıstanın 1 ay müddətində sığınacaq almaq üçün ediləcək yeni müraciətlərə baxmayacağı ilə bağlı qərarını tənqid edib.

1371647
Daxili işlər naziri Süleyman Soylu Yunanıstanın qərarını tənqid etdi
suleyman soylu.jpg
yunanistan gocmenler.jpg

Daxili işlər naziri Süleyman Soylu Yunanıstanın 1 ay müddətində sığınacaq almaq üçün ediləcək yeni müraciətlərə baxmayacağı ilə bağlı qərarını tənqid edib.

Nazir şəxsi "twitter" hesabında belə bir açıqlama verib: “Yunanıstan 1 ay müddətində sığınacaqla bağlı müraciətlərə baxmayacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, nə 1951-ci ildə imzalanmış Cenevrə Konvensiyası, nə də Avropa İttifaqının qaçqınların hüquqları ilə bağlı qanununa görə belə bir qərar qəbul edilə bilməz. Bu utancverici qərar tamamilə qanunsuzdur”.

Bu arada, daxili işlər naziri Süleyman Soylu,Türkiyəni tərk edən miqrant sayını da açıqlayıb. Onun sözlərinə görə, Türkiyə vaxtı ilə səhər saat 9 radələrində ölkəni tərk edib Ədirnədən Yunanıstana keçən miqrantların sayı 135 min 844 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr