"Türkiyə bundan sonra miqrantların Avropa İttifaqı ölkələrinə üz tutmasına mane olmayacaq", F.Altun

Türkiyə bundan sonra miqrantların Avropa İttifaqı ölkələrinə üz tutmasına mane olmayacağını bəyan edib.

1371209
"Türkiyə bundan sonra miqrantların Avropa İttifaqı ölkələrinə üz tutmasına mane olmayacaq", F.Altun

Türkiyə bundan sonra miqrantların Avropa İttifaqı ölkələrinə üz tutmasına mane olmayacağını bəyan edib.

Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun şəxsi "Twitter" hesabında belə bir açıqlama ilə çıxış edib.

O bildirib ki, Yunanıstan miqrantların müvəqqəti qorunma statusunun təmin edilməsi məsələsini hələlik təxirə salıb. Ölkənin sərhədlərində, eləcə də Egey dənizindəki suriyalı qaçqınlara bu cür münasibəti Avropanın öz dəyərlərinə və prinsiplərinə qarşı müharibə elan etməsindən başqa bir şey deyil.

Türkiyənin Suriyada bir çox kimyəvi silah obyektini hədəf aldığını vurğulayan Altun, “Bu obyektlərin mövcudluğu beynəlxalq birliyin indiyədək necə aldadıldığının bariz nümunəsidir. Dünya laqeydliyini bir kənara qoyub, bu qatil rejimə qarşı sözün həqiqi mənasında tədbir görməlidir” deyə əlavə edib.

Prezident Administrasiyasının rəsmisi indiyədək görünməmiş səviyyədə olan miqrant böhranına səbəb kimi Avropa İttifaqının Türkiyə ilə birgə çalışmamasını göstərib.

“Avropa İttifaqı 2015-ci ildə imzalanan müqavilənin şərtlərinə əməl etməyərək Türkiyəni təkbaşına qoydu. Miqrantların Avropaya axınının qarşısını alacağımızı gözləyirdi. Biz artıq bunu etməyəcəyik. Avropa müasir dövrün ən aktual problemi olan miqrasiya böhranı mövzusunda tədbir görməlidir. Məsələ, sığınacaq istəyən minlərlə miqrantın ölkəyə girişinə məhdudiyyət qoymaqla həllini tapa bilməz. Türkiyə ilə birgə addımlamaq məsələnin Avropa miqyasında kompleks şəkildə həlli istiqamətində ilk addım ola bilər. Türkiyə hər zaman məzlumun yanındadır” deyə Fəxrəddin Altun əlavə edib.

Altun, həmçinin Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlara da münasibət bildirib: “Türkiyənin İdlibdə həyata keçirdiyi əməliyyatın məqsədi humanitar böhrana son qoymaqdır. Bu əməliyyatla Suriyanın ərazi bütövlüyünün təmin olunması əsas hədəflər sırasındadır. Türkiyənin Suriyadan torpaq almaq kimi bir niyyəti yoxdur. Sadəcə yenidən yaşana biləcək miqrant axınının qarşısını almaq, sülh və əmin amanlığı bərqərar etmək niyyətindəyik” .



Әlaqәli Xәbәrlәr