Türkiyə İtaliya, Cənubi Koreya və İraqla bütün təyyarə uçuşlarını dayandırdı

... Verdiyi şərhdə nazir “Covid-19”a qarşı görülən yeni tədbirlərlə bağlı bildirib

1369366
Türkiyə İtaliya, Cənubi Koreya və İraqla bütün təyyarə uçuşlarını dayandırdı

 

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca yeni tip korona virusu (Covid-19) tədbirləri çərçivəsində martın 1-inə keçən gecədən etibarən Türkiyə -İtaliya, Türkiyə - Cənubi Koreya, Türkiyə - İraq bütün təyyarə uçuşlarının dayandırıldığını açıqladı.

  Verdiyi şərhdə nazir “Covid-19”a qarşı görülən yeni tədbirlərlə bağlı bildirib:

  “Çində ortaya çıxan və qısa müddətdə 56 ölkəyə yayılan yoluxucu yeni tip korona virusu xəstəliyinə qarşı Türkiyəni vasvasılıqla qorumaq üçün lazımi hər tədbiri görməyə davam edirik. Bundan əvvəl Çin və İranla hava yolu gedişləri dayandırıldı, İranla quru və dəmir yolları bağlandı.

  Türkiyə elmi qurumlarının təklifləri üzrə Nəqliyyat və İnfrastruktur, Xarici İşlər, Daxili İşlər və Ticarət Nazirliklərimizlə koordinasiyalı şəkildə yeni tədbirlər planını təsdiq etdik. 1 marta keçən gecədən Türkiyə - İtaliya, Türkiyə - Cənubi Koreya, Türkiyə - İraq arasındakı bütün təyyarə uçuşları dayandırıldı. İraqla quru sərhədlərimiz də nəqliyyat və yolçu gediş-gəlişinə bağlanılıb. Tətbiq mövcud şərtlər müvəqqətidir."



Әlaqәli Xәbәrlәr