F. Altun: "Mülki şəxslərin qorunması və uçuşa qadağan bölgə elan etmək üçün addım atılmalıdır”

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun “şüurlu və şərəfli olan hər kəsin Suriyanın İdlib bölgəsində rejimin öz xalqına tətbiq etdiyi qətliama qarşı səsini ucaltmasının vacibliyini dilə gətirib.

1368717
F. Altun: "Mülki şəxslərin qorunması və uçuşa qadağan bölgə elan etmək üçün addım atılmalıdır”

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun “şüurlu və şərəfli olan hər kəsin Suriyanın İdlib bölgəsində rejimin öz xalqına tətbiq etdiyi qətliama qarşı səsini ucaltmasının vacibliyini dilə gətirib.

“Beynəlxalq  ictimaiyyət mülki şəxsləri qorumaq və uçuşa qadağan bölgə elan etmək üçün addım atmalıdır”- deyə Altun vurğulayıb.

Fəxrəddin Altun İdlibdə fevralın 27-də rejim ünsürlərinin xain hücumlarında Türkiyənin 33 hərbi qulluqçusunun şəhid olmasından sonra “twitter” vasitəsilə açıqlama verib:

“Suriyada qatil rejim etnik təmizlik edir və milyonlarla suriyalının İdlibdən çıxarmağı hədəfinə alıb. Astana prosesində verdiyi vədləri yerinə yətirməyi rədd edir. Türkiyə isə qanuni müdafiə haqqından istifadə edir və İdlibdə insani fəlakət yaşanmasının qarşının alınması əməliyyatlarında beynəlxalq hüquqa uyğun addım atır. Türkiyənin daha bir milyon suriyalının ölkəyə girməsinə icazə verəcək potensiyalı və qaynağı yoxdur. Suriya rejimi illərdir işlədiyi günahlara beynəlxalq reaksiya verilməməsindən istifadə edir. İdlibi öz taleyinə buraxmaq rejimin qaranlıq xəyallarının gərçəkləşməsi mənasını  daşıyacaqdır. Milyonlarla dinc vətəndaş aylardır rejim tərəfindən hava bombardmanına tutulur. Məktəblər və xəstəxanalar daxil olmaqla bir çox tikinti rejim tərəfindən sistemli şəkildə hədəfə alınır. Gözlərimizin önündə yavaş-yavaş bir soyqırımı törədilir. Şüurlu və şərəfli olanlar bu qətliam qaryısında səslərini ucaltmalıdırlar. Beynəlxalq ictimaiyyət mülki şəxsləri qorumaq və uçuşa qadağan bölgə yaratmaq üçün addı atmalıdır. Astana prosesinin zamin ölkələri Rusiya ilə İran İdlibdə zorakılığın və toqquşmaların azaldılması üçün vərdikləri vədləri yerinə yətirməyəcəkləri təqdirdə bütün etibarlılıqlarını itirərlər. Türkiyə qanuni müdafiə üçün Suriyada terrorçularla döyüşür, Astana və Soçi razılaşmalarında verdiyi vədləri yerinə yətirir və didərgin edilən insanlara və qaçqınlara köməklik göstərir. Vədlərimizdən və imzaladığımız razılaşmalardan geri addım atacağımızı düşünənlər səhv edirlər. Bir cinayət şəbəkəsi kimi hərəkət edən və öz xalqına terroru yaşadan Əsəd rejimi həm milli təhlükəsizliyimizi, həm bölgə həm də Avropa üçün təhdid təşkil edir. Bütün bu baş vərənləri satik dayanıb cavab vərmədən izləmə seçimimiz yoxdur.  Bizdən suriyalıları tərk etməyimizi gözləyənlər özlərindən utanmalıdırlar”.



Әlaqәli Xәbәrlәr