Türkiyə Yunanıstan məhkəməsinin İskeçə müftüsü ilə əlaqəli qərarına reaksiya verdi

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Yunanıstanda İskeçə müftisi seçilmiş Əhməd Mətə 4 ay həbsə məhkum edilməsinə sərt reaksiya verdi.

1367619
Türkiyə Yunanıstan məhkəməsinin İskeçə müftüsü ilə əlaqəli qərarına reaksiya verdi

Çavuşoğlu soial media hesabı “Twitterdə” mövzu ilə bağlı verdiyi açıqlamada: “Seçilmiş bir müfti cənazə namazını qıldırdığı üçün həbsə məhkum edilir. Görən dünyanın hansı ölkəsində bir keşiş və ya bir xaxam yaxud başqa bir din xadimi belə bir dini vəzifə icra etməkdən məhrum edilir?. Dünyanın heç bir ölkəsində və ən qəbul edilməz rejimlərində belə səbəblərlə bir din xadiminin ittiham edilməsi və ya cəzalandırılması söz mövzusu olabilməz”.

Ədliyyə naziri Əbdülhəmit Gül də “Twitter” hesabından yaydığı açıqlamada Əhməd Mətə-nin 4 ay həbsə məhkum edilməsinə dair qərara reaksiya verib.

Nazir Gül: “İskeçənin seçilmiş müftisi Əhmət Mətənin namaz qıldırdığı üçün cəzalandırılması Qərbi Trakyadakı Türklərin hüquqlarının heçə sayıldığının konkret göstəricisidir. Məhkəmənin qərarını qınayır, ölkədə din və vijdan azadlığı pozuntularının dərhal dayandırılmasını gözləyirik”.

Qeyd edək ki, Səlanik Apelyasiya Məhkəməsi Mətəni cənazə namazı qıldırdığı üçün 4 ay həbs cəzası ilə cəzalandırdı.

 



Әlaqәli Xәbәrlәr