“Türk Hava Yolları” Çinə aviareysləri fevralın 29-na, İrana isə martın 10-dək dayandırdı

Türk Hava Yolları (THY) Çin reyslərinin fevralın 29-dək dayandırıldığını, Tehrandan başqa İrandakı bütün istiqamətlərə uçuşların martın 10-dək təxirə salındığını açıqladı.

1365983

Açıqlamaya görə, Çinə aviareyslər fevralın 29-dək təxirə salınıb. Tehran şəhəri istisna olmaqla, İrana nəzərdə tutulan aviareyslər isə martın 10-a kimi dayandırılıb.

Türkiyənin rəsmi qurumları tərəfindən alınan qərara əsasən, son 14 gündə Çinə və İranın Qum şəhərinə səyahət etmiş xarici vətəndaşların ölkəyə daxil olmasına da qadağa qoyulduğu bildirilir. 

Әlaqәli Xәbәrlәr