Rusiya heyəti İdlib görüşləri üçün Türkiyəyə gəlir

Azərbaycana yola düşməzdən əvvəl Ankara Esenboğa Havalımanında R.T.Ərdoğan jurnalistlərə müsahibəsində deyib...

1365915
Rusiya heyəti İdlib görüşləri üçün Türkiyəyə gəlir

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya heyətinin fevralın 26-da İdlib görüşləri üçün Türkiyəyə gələcəyini söylədi.

  Azərbaycana yola düşməzdən əvvəl Ankara Esenboğa Havalımanında R.T.Ərdoğan jurnalistlərə müsahibəsində deyib:

  “Türkiyə-Rusiya arasında istər İdlib, istərsə də Liviyada bir proses yaşanır. Əvvəlcə prioritet məsələ olan İdlib problemini həll etməliyik. Bununla bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıram, eyni zamanda da nazirlərimiz qarşılıqlı görüşür.

  Rusiya Suriyada hökumət qüvvələrinə dəstək verir. Sübut və dəlillər əlimizdə var, onlar nə qədər inkar etsələr də.

  Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinlə təxminən 5 mart tarixində birlikdə dördlü görüşümüz olmalıdır. Amma bundan qabaq Rusiyadan Türkiyəyə heyət gələcək fevralın 26-da. Telefon danışıqlarından artıq üz-üzə görüşlər daha vacibdir.

  Liviya mövzusunda da Rusiya ilə danışırıq. Ölkədə Hafter deyilən qeyri-qanuni adam var, Abu Dabinin rəhbərliyi altında. Təəssüf ki, Rusiyanın da orada “Wagner” adlanan bir təhlükəsizlik qrupu var, 2500 nəfərlik bir hərbi qüvvə. Maddi qaynaq da Abu Dabi hökuməti. Bunları Türkiyə olaraq Rusiya ilə müzakirə etdik. Hörmətli Putinlə danışaraq “yol xəritəmizdə nə kimi əskikliklər var” deyə qiymətləndiririk."



Әlaqәli Xәbәrlәr