Fǝxrǝddin Altun İdlibdǝ yaşanan humanitar böhranla bağlı bǝyanat verdi
Bu barǝdǝ Fǝxrǝddin Altun şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ yazıb.
Türkiyǝ Prezident Aparatı Kommunikasiya İdarǝsinin rǝhbǝri Fǝxrǝddin Altun bildirib ki, Rusiya Bǝşǝr Әsǝd rejiminǝ dǝstǝk verǝrǝk Suriyada yaşanan humanitar böhranın dǝrinlǝşmǝsinǝ sǝbǝb olur.
Bu barǝdǝ Fǝxrǝddin Altun şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ yazıb. Fǝxrǝddin Altun Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğanın Rusiya prezidenti Vladimir Putinlǝ telefon ǝlaqǝsi saxladığında İdliblǝ bağlı narahatlıqlarını dilǝ gǝtirdiyini deyib.
Fǝxrǝddin Altun Rusyanın Bǝşǝr Əsəd rejiminə dǝstǝk verǝrǝk onsuz da acınacaqlı olan humanitar böhranı daha da dǝrinlǝşdirdiyini ifadǝ edib.
Altun Soçidǝ Rusiya ilǝ bir müqavilǝ bağlandığını vǝ bu müqavilǝnin tam şǝkildǝ hǝyata keçirilmǝsi üçün sǝylǝr göstǝrdiklǝrini söylǝyib.
‘‘Ümid edirik ki, bütün tǝrǝflǝr verdiyi vǝdlǝri yerinǝ yetirǝcǝk vǝ sabitliyi tǝmin etmǝyǝ çalışacaq’’,-deyǝ Türkiyǝ Prezident Aparatı Kommunikasiya İdarǝsinin rǝhbǝri qeyd edib.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq