Rǝcǝb Tayyib Әrdoğan vǝ Vladimir Putin arasında telefon danışığı olub
Türkiyǝ Prezident Aparatı Kommunikasiya İdarǝsindǝn verilǝn mǝlumata görǝ, telefon danışığı zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan vǝ Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Türkiyǝ Prezident Aparatı Kommunikasiya İdarǝsindǝn verilǝn mǝlumata görǝ, telefon danışığı zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Rǝcǝb Tayyib Ərdoğan İdlibdəki humanitar böhranın qarşısının alınmasının ǝhǝmiyyǝtini vurğulayıb. Türkiyə prezidenti qeyd edib ki, Suriyanın İdlib bölgǝsindǝ vəziyyətin nizamlanması üçün Soçi Memorandumu tam şəkildə həyata keçirilməlidir. Türkiyə və Rusiya liderlǝri daha əvvəl əldə edilmiş bütün razılaşmalara sadiq qaldıqlarını bildiriblər.
Qeyd edǝk ki, görüşdǝ hǝmçinin Liviya mǝsǝlǝsi dǝ müzakirǝ olunub.
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...