Fəxrəddin Altun İdlibdəki hücuma reaksiya verdi

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun fevralın 20-də Suriyanın İdlib bölgəsində 2 əsgərin şəhid olduğu hücumla əlaqədar “twitter” səhifəsində açıqlama verib.

1363601
Fəxrəddin Altun İdlibdəki hücuma reaksiya verdi

“Suriyanı qana, terrora, göz yaşına açıq hala gətirən kim varsa bəşəriyyətin qarşısında bunun cavabını verəcəkdir”.

Bunu Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun fevralın 20-də Suriyanın İdlib bölgəsində 2 əsgərin şəhid olduğu hücumla əlaqədar “twitter” səhifəsində yazıb.

Altun açıqlamasında İdlibdə sülhü təmin etmək və humanitar yardım fəaliyyətlərinə nəzarət etmək üçün orda olan əsgərlərə rejim tərəfindən edilən xain hücumda 2 əsgərimizin şəhid olduğunu, 5 əsgərimizin isə yaralandığını bildirib.

Şəhidlərə Allahdan rəhmət, yaralı əsgərlərə şəfa diləyən Altun “Dövlətimiz şəhidlərimizin qanını yerdə qoymamışdır, qoymayacaqdır. Suriyanı qana, terrora, göz yaşına açıq hala gətirən kim varsa bəşəriyyətin qarşısında bunun cavabını verəcəkdir. Dövlətimiz böyükdür, millətimiz əzizdir, vətənimiz müqəddəsdir” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr