Bəzi Avropa ölkələrinə tətbiq edilən viza rejimi ləğv olunub

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy Türkiyənin bəzi Avropa ölkələrinə tətbiq edilən viza rejiminə son qoyması ilə turizm potensiyalı, ticarət, iqtisadiyyat və mənədiyyət əlaqələrinin daha da inkişaf etdirilməsinin məqsəd götürüldüyünü bildirib.

1362982

Aksoy Türkiyənin bəzi Avropa ölkələrinə tətbiq edilən viza rejiminə son qoymasına dair qəbul etdiyi qərarla bağlı suala yazılı cavab verib.

Aksoy “Avropa İttifaqı Şengen bölgəsi üzvlərindən Avstriya, Belçika, Hollandiya, İspaniya, Polşa və Birləşmiş Krallıq vətəndaşlarına martın 2-dən tutmuş Türkiyəyə reallaşdıracaqları turistik məqsədli səyahətlərində hər 180 gündə 90 gün müddətli viza tətbiq edilməyəcəyi qərara alınmışdır” deyə bildirib.

Aksoy bu addımla adı çəkilən ölkələrlə turizm potensiyalının artırılmasının hədəfə götürüldüyünü vurğulayıb.

Әlaqәli Xәbәrlәr