Tripoli limanında vurulan gəmilər arasında Türkiyəyə məxsus gəmi yoxdur

BMT nəzdində legitimliyi olan Liviya Milli Həmrəylik Hökumətinə bağlı Liviya Limanlar Müdirliyi raketlərlə vurulan paytaxt Tripolidəki limandaTürkiyəyə məxsus hər hansı gəmi olmadığını açıqlayıb.

1362149

Mərkəzi qərərgahı Liviyada olan “Panaroma” telekanalının Limanlar Müdirliyinə əsaslandırdığı xəbərdə ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Hafter milislərinin fevralın 18-də günortadan sonra raketlə hücum etdiyi Tripoli limanında Türkiyəyə məxsus gəmi olmadığı bildirilib.

Xəbərdə sadəcə mülki məqsədlə istifadə olunan limanda hər hansı hərbi-silah-sursat da olmadığı qeyd edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi bəzi televiziya kanalları limana edilən hücumda Liviyaya silah daşıyan Türkiyə gəmisinin vurulduğunu iddia etmişdi.

Digər tərəfdən Hafter milislərinin Tripoli limanına hücumları nəticəsində ticarət gəmilərinin bəzilərinə ziyan deyib.

Әlaqәli Xәbәrlәr