“Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsinə qarşı bir əməliyyatın an məsələsi olduğunu söyləyib.

1362516
“Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsinə qarşı bir əməliyyatın an məsələsi olduğunu söyləyib.

Prezident Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup yığıncağında İdlibdə yaşanan insanlıq faciəsinə toxunaraq deyib:

“Rusiya ilə həmin mövzu ilə bağlı danışıqlar davam edir. Danışıqlarda indiyədək təəssüf ki, arzu etdiyimiz nəticəni əldə edə bilmədik. Nə qədər də danışıqlar davam etsə də masada bizim istədiyimiz nöqtənin çox uzağındayıq”.

Prezident İdlibdə rejimə ay sonuna qədər tanınan "Soçi razılaşmasının sərhədlərinə çəkilmə" müddətinin də dolmaq üzrə olduğunu, Türkiyənin öz hərəkət planlarını həyata keçirmək üçün istənilən hazırlıqları gördüyünü söyləyib.

"Əgər bu bölgələrdə tərəfmüqabil ölkələr Türkiyənin təhlükəsizliklə bağlı narahatlığına son qoymasa öz başımızın çarəsinə baxmaq məcburiyyətində qalacağımızı hər fürsətdə açıqca söyləyirik. Başqa sözlə İdlibə əməliyyat an məsələsidir"-deyə Ərdoğan vurğulayıb.

Prezident belə davam edib:

"Ölkəmizin bu mövzudakı qətiyyətliliyini hələ də başa düşməmiş olan rejimə və ona cəsarət verənlərə İdlib buraxmayacağıq. Bu bölgədə baş verənlərin ölkəmizin üzərinə gətirəcəyi yükü bilərəkdən məsuliyyəti üzərimizə götürməyə əsla niyyətimiz yoxdur. Nəyin bahasına olursa olsun İdlibi həm Türkiyə, həm də bölgə xalqı üçün etibarlı bir yerə çevirməkdə qətiyyətliyik”.



Әlaqәli Xәbәrlәr