Türkiyə Yunanıstan prezidentinin sözlərinə sərt reaksiya verdi

Türkiyə, Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Qərbi Trakya bölgəsini ziyarəti zamanı verdiyi açıqlamada Müsəlman Türk Azlığının şəxsiyyəti ilə əlaqəli söylədiklərinə sərt reaksiya verdi.

1361389
Türkiyə Yunanıstan prezidentinin sözlərinə sərt reaksiya verdi

Çavuşoğlu sosial mediada hesabı “Twitter”-də mövzu ilə əlaqəli açıqlama verib. Demokratiyanın beşiyi olduğu iddia edilən bir ölkənin dövlət başçısının müsəlman Türk azlığını “Yunan müsəlman azlığı” adlandırdığını xatırladan Çavuşoğlu: Avropa insan hüquqları məhkəməsinin bir çox qərarına baxmayaraq Müsəlman Türk azlığı üçün müsəlman Yunan azlığı sözünü səsləndirmək böyük səhvdir. Qərbi Trakyadakı Türk azlığı Türkdür və türk qalacaq”-deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Martın 14-də vəzifə müddəti sona çatacaq olan Prezident Pavlopulos, fevralın 16-da Qərbi Trakyada iştirak etdiyi bir tədbirdəki çıxışında, Lozanna Müqaviləsinə görə Qərbi Trakya Türklərinin yalnız dini azlıq, İstanbul Pravoslav Rumların isə milli azlıq olduğunu irəli sürmüşdü. İstanbuldakı Rum azlığı Yunan azlıq olaraq təsvir edən Pavlopulos Qərbi Trakyadakı Müsəlman Türk Azlığını isə Yunan azlıq deyə xarekterizə etmişdi.



Әlaqәli Xәbәrlәr