“Türkiyə transatlantik ailənin 68 ildir çox əhəmiyyətli üzvü olmuşdur”, Y.Stoltenberq

Türkiyənin əhəmiyyətli töhfəsinin olduğu hərbi alyans NATO-ya üzvlüyünün 68-ci ili tamam olur.

1361101
“Türkiyə transatlantik ailənin 68 ildir çox əhəmiyyətli üzvü olmuşdur”, Y.Stoltenberq

 

  Türkiyənin əhəmiyyətli töhfəsinin olduğu hərbi alyans - NATO-ya üzvlüyünün 68-ci ili tamam olur.

  Türkiyənin NATO-ya üzvlüyünün ildönümü münasibətilə Anadolu xəbər agentiliyinə açıqlama verən alyansın baş katibi Yens Stoltenberq “Türkiyə transatlantik ailənin 68 ildir çox əhəmiyyətli üzvüdür” deyə bildirib.  

  Stoltenberq Türkiyənin NATO-nun Əfqanıstan, Kosova və İraq missiya və əməliyyatlarına ən çox töhfə verən üzvlərdən biri olduğuna diqqət çəkərək deyib: “Orta Şərqdəki sabitsizlik, zorakılıq və qarışıqlıqdan ən çox təsirlənən və terror hücumlarına məruz qalan müttəfiq ölkə Türkiyə olub. NATO üzvlüyünün ildönümündə Türkiyəyə alyansa olan qiymətli və davam edən dəstəyi üçün təşəkkür edirəm. Türkiyə NATO-nun güclü və əhəmiyyətli üzvü olmaqdadır.”

  Qeyd edək ki, Türkiyə 1949-cu ildə Vaşinqton Müqaviləsinin 12 qurucu üzvü tərəfindən imzalanaraq qurulan NATO-ya 1952-ci ildə üzv olub. NATO-nun 13-cü üzvü olan Türkiyə alyansla iştirak protokolunu 17 noyabr 1951-ci ildə imzalayıb, rəsmi üzvlük isə Yunanıstanla birlikdə 18 fevral 1952-ci ildə reallaşıb. İkinci Dünya müharibəsindən sonra xarici siyasətlə bağlı ilkin plandakı hədəflərini Qərblə yaxınlaşma olaraq müəyyənləşdirən Türkiyə üçün 1945-ci ildə BMT-nin qurucu üzvlüyü ilə yanaşı NATO üzvlüyü də əhəmiyyət kəsb edir.



Әlaqәli Xәbәrlәr