M.Çavuşoğlu: "Türkiyə və Rusiya İdlib mövzusunda yekun razılaşma üçün əməkdaşlığı davam etdirir"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Rusiyanın İdlib mövzusunda yekun razılaşma üçün əməkdaşlığı davam etdirdiyini bildirib.

1360953

Çavuşoğlu Rusiyanın “İzvestiya” qəzetinə verdiyi açıqlamada Suriyanın İdlib bölgəsindəki son vəziyyəti qiymətləndirib.  

İdliblə əlaqədar atılacaq çox sayda addımın olduğunu qeyd edən Çavuşoğlu "Türkiyə və Rusiya İdliblə bağlı yekun razılaşma üçün əməkdaşlığı davam etdirir. Bu mövzudakı son cavabı heyətimizin Moskvada reallaşdıracağı görüşdən sonra öyrənəcəksiniz. Suriya probleminin Türkiyə və Rusiya arasındakı əməkdaşlığa təsir etməsinə icazə verməməliyik" deyə bildirib.

Çavuşoğlu Moskvadakı nümayəndə heyətləri arasındakı danışıqlardan sonra əlavə bir görüşün olub olmayacağının qiymətləndiriləcəyini də ifadə edib.

Әlaqәli Xәbәrlәr