"Onlar bu yerə qədər geri çəkilməzsə, Türkiyə təkbaşına müdaxilə edəcək", R.T.Ərdoğan

Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AX Partiya) İstanbuldakı mərkəzində yeni üzvləri mükafatlandırma mərasimində iştirak və çıxış edən Ərdoğan deyib...

1360306
"Onlar bu yerə qədər geri çəkilməzsə, Türkiyə təkbaşına müdaxilə edəcək", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Bəşər Əsəd hökumətinə fevral ayı bitmədən müqavilədəki sərhədlərə qədər çəkilməzsə, Türkiyənin müdaxilə edəcəyini bildirdi.

  Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AX Partiya) İstanbuldakı mərkəzində yeni üzvləri mükafatlandırma mərasimində iştirak və çıxış edən Ərdoğan Türkiyənin Suriyadakı zülmü dayandırma və sərhədlərinin təhlükəsizliyini möhkəməndrimə qərarlığını bir daha vurğulayaraq deyib: “Suriyanın rejim qüvvələri Soçi müqaviləsində yazılan sərhədlərinə geri çəkilməyənə qədər İdlibdəki problem həll olunmayacaq. Əks halda, fevral ayı bitmədən İdlibdə, lazım gəlsə, Türkiyə təkbaşına hərəkət edəcək. Amma bunu dostlarımızın dəstəyiylə reallaşdıra bilsək, məmnun olarıq. Yoxsa bu işi çətin yoldan da olsa, etməyə hazırıq. Suriyanı terror təşkilatları və rejimin zülmündən təmizləmədən bizə dinçlik haramdır."



Әlaqәli Xәbәrlәr