Mövlud Çavuşoğlu ilǝ Hayko Maas İdlib mǝsǝlǝsini müzakirǝ ediblǝr

Türkiyǝnin xarici işlǝr naziri Mövlud Çavuşoğlu bazar ertǝsi günü Türkiyǝ heyǝtinin İdlib problemini müzakirǝ etmǝk üçün Rusiyaya sǝfǝr edǝcǝyini deyib.

1360101

56-cı Münih Tǝhlükǝsizlik Konfransına qatılmaq üçün Münihǝ sǝfǝr edǝn Mövlud Çavuşoğlu Almaniya xarici işlǝr naziri Hayko Maasla birgǝ mǝtbuat konfransında çıxış edib.

Mövlud Çavuşoğlu Hayko Maas ilǝ keçirdiklǝri görüşdǝ İdlib mövzusunun gündǝmǝ gǝldiyini söylǝyib.

Çavuşoğlu İdlibdǝki hücumları dayandırmaq üçün Rusiya ilǝ sǝy göstǝrdiklǝrini ifadǝ edib.

‘‘Bazar ertǝsi günü Türkiyǝ heyǝti İdlib problemini müzakirǝ etmǝk üçün Rusiyaya sǝfǝr edǝcǝk.Bu mǝsǝlǝ ilǝ bağlı görüşlǝrimizi davam etdirǝcǝyik’’,-deyǝ Türkiyǝnin xarici işlǝr naziri vurğulayıb.

Nazir Mövlud Çavuşoğlu hǝmçinin bildirib ki, ǝn önǝmli mǝsǝlǝ atǝşkǝsin tǝmin olunmasıdır.

Әlaqәli Xәbәrlәr