Әminǝ Әrdoğan: ''Pakistanlı gǝnclǝri ali tǝhsil almaları üçün Türkiyǝyǝ dǝvǝt edirǝm''

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğanın xanımı Әminǝ Әrdoğan pakistanlı gǝnclǝri ali tǝhsil almaları üçün Türkiyǝyǝ dǝvǝt edib.

1359979
Әminǝ Әrdoğan: ''Pakistanlı gǝnclǝri ali tǝhsil almaları üçün Türkiyǝyǝ dǝvǝt edirǝm''

 

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğanın xanımı Әminǝ Әrdoğan pakistanlı gǝnclǝri ali tǝhsil almaları üçün Türkiyǝyǝ dǝvǝt edib.

Türkiyǝ prezidentinǝ sǝfǝri çǝrçivǝsindǝ müşayiǝt edǝn Әminǝ Әrdoğan Pakistanın paytaxtı İslamabaddakı Faysal Maarif Mǝktǝbindǝ olub.

Faysal Maarif Mǝktǝbindǝ çıxış edǝn Әminǝ Әrdoğan Pakistan vǝ Türkiyǝnin tarix boyu böyük fǝdakarlıqlara imza atdığını ifadǝ edib.

Türkiyənin  son illərdə artan universitet sayı və təmin etdiyi keyfiyyətli təhsil ilə ən çox xarici tələbə qəbul edən ölkələrdən biri olduğunu  vurğulayan Əminə Ərdoğan bildirib ki, 2023-cü il hǝdǝflǝri arasında 200 min beynǝlxalq tǝlǝbǝyǝ ev sahibliyi etmǝk dǝ var. Əlbəttə pakistanlı övladlarımız üçün Türkiyə xarici bir ölkə deyil, ikinci bir vətəndir. Bu sǝbǝbdǝn  mən sizi ali tǝhsil  üçün Türkiyəyə dəvət edirəm.

Faysal Maarif Mǝktǝbinǝ baş çǝkǝn Әminǝ Әrdoğanı Türkiyǝ xarici işlǝr naziri Mövlud Çavuşoğlunun xanımı Hülya Çavuşoğlu, milli müdafiǝ naziri Hulusi Akarın xanımı Şule Akar vǝ nǝqliyyat vǝ infrastruktur naziri Mahmet Cahit Turhanın xanımı Meral Turhan müşayiǝt ediblǝr.

Qeyd edǝk ki, Türkiyǝ Maarif Fondu Pakistanın paytaxtı İslamabad da  daxil olmaqla 5 fǝrqli bölgǝsindǝki 10 şǝhǝrindǝ 12 min 500 tǝlǝbǝyǝ tǝhsil verir.



Әlaqәli Xәbәrlәr