Brüsseldǝ sǝfǝrdǝ olan Hulusi Akar ingiltǝrǝli vǝ fransalı hǝmkarları ilǝ gürüşüb
Türkiyǝnin milli müdafiǝ naziri Hulusi Akar İngiltǝrǝ müdafiǝ naziri Ben Valles vǝ Fransa müdafiǝ naziri Florans Parli ilǝ ayrı-ayrılıqda görüşüb.
Türkiyǝnin milli müdafiǝ naziri Hulusi Akar İngiltǝrǝ müdafiǝ naziri Ben Valles vǝ Fransa müdafiǝ naziri Florans Parli ilǝ ayrı-ayrılıqda görüşüb.
NATO-nun müdafiǝ nazirlǝri sǝviyyǝsindǝki yığıncağına qatılmaq üçün Belçikanın paytaxtı Brüsselǝ sǝfǝr edǝn Hulusi Akar burada ikitǝrǝfli görüşlǝr keçirib.
İlk olaraq ingiltǝrǝli hǝmkarı ilǝ görüşǝn Hulusi Akar daha sonra fransalı hǝmkarı ilǝ bir araya gǝlib.
Görüşlǝrdǝ hǝrbi, tǝhlükǝsizlik vǝ müdafiǝ sǝnayesi sahǝlǝrindǝ ǝmǝkdaşlıq mǝsǝlǝlǝri, Liviya vǝ Suriyadakı son vǝziyyǝt, regional mǝsǝlǝlǝr vǝ İdlibdǝ yaşananların qarşısının alınması üçün atılacaq addımlar ǝtrafında fikir mübadilǝsi aparılıb.
Türkiyǝnin gözlǝntilǝrini dilǝ gǝtirǝn Hulusi Akar İdlibdǝki dinc sakinlǝrin yaşanan hücumlar sǝbǝbindǝn evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalaraq Türkiyǝyǝ doğru irǝlilǝdiyini qeyd edib.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq