Türkiyǝ prezidenti Pakistana sǝfǝr edǝcǝk

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Türkiyǝ-Pakistan Yüksǝk Sǝviyyǝli Strateji Әmǝkdaşlıq Şurasının VI yığıncağı ilǝ ǝlaqǝdar Pakistana rǝsmi sǝfǝr edǝcǝk.

1358498
Türkiyǝ prezidenti Pakistana sǝfǝr edǝcǝk

 

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Türkiyǝ-Pakistan Yüksǝk Sǝviyyǝli Strateji Әmǝkdaşlıq Şurasının VI yığıncağı ilǝ ǝlaqǝdar Pakistana rǝsmi sǝfǝr edǝcǝk.

Türkiyǝ Prezident Aparatı Kommunikasiya İdarǝsindǝn verilǝn mǝlumata görǝ, prezident Әrdoğan ilǝ Pakistan baş naziri İmran Xanın sǝdrliyi, müvafiq nazirlǝrin iştirakı ilǝ İslamabadda keçirilǝcǝk yığıncaqda Türkiyǝ ilǝ Pakistan  arasındaki ikitǝrǝfli münasibǝtlǝrin bütün aspektlǝri nǝzǝrdǝn keçirilǝcǝk, hǝmçinin ǝmǝkdaşlığın inkişaf etdirilmǝsi üçün atılacaq addımlar müzakirǝ olunacaq.

Mǝlumatda hǝmçinin ikitǝrǝfli münasibǝtlǝrin inkişaf etdirilmǝsinǝ xidmǝt edǝcǝk müqavilǝlǝrin imzalanmasının da gündǝmdǝ olduğu vurğulanıb.

Yığıncaq çǝrçivǝsindǝ Türkiyǝ-Pakistan Biznes Forumunun da keçirilǝcǝyi bildirilib.

Rǝcǝb Tayyib Әrdoğan sǝfǝri çǝrçivǝsindǝ bu ölkǝnin prezidenti Arif Alvi ilǝ dǝ bir araya gǝlǝcǝk.

Görüşdǝ ikitǝrǝfli münasibǝtlǝr ilǝ yanaşı, regional mövzular vǝ beynǝlxalq proseslǝrin müzakirǝ olunması nǝzǝrdǝ tutulur.

Rәcәb Tayyib Әrdoğanın sәfәr çәrçivәsindә Pakistan Milli Assambleyası vә Senat üzvlәrinә müraciәt edәcәyi bildirilib.



Әlaqәli Xәbәrlәr