F.Altın: "Türkiyə rejim qüvvələrini müşahidə məntəqələrindən kənara çıxarmaqda qətiyyətlidir"

Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Türkiyənin Soçi razılaşması çərçivəsində bu ayın axırınadək rejimi İdlibdəki Türkiyənin müşahidə məntəqələrindən kənara çıxarmaqda qətiyyətli olduğunu bildirib.

1358591
F.Altın: "Türkiyə rejim qüvvələrini müşahidə məntəqələrindən kənara çıxarmaqda qətiyyətlidir"

Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Türkiyənin Soçi razılaşması çərçivəsində bu ayın axırınadək rejimi İdlibdəki Türkiyənin müşahidə məntəqələrindən kənara çıxarmaqda qətiyyətli olduğunu bildirib.

Altun şəxsi “twitter” hesabında bununla bağlı bildirib ki, Əsəd rejimi dinc sakinləri hədəf alıb qətliam həyata keçirir. Təəssüf ki, insan haqları və günahsız vətəndaşların təhlükəsizliyi barədə danışanlar bu vəziyyət qarşısında səslərini çıxarmırlar. Vəziyyətin narahatlıq doğurduğunu dilə gətirmək kifayət etmir. Mülki vətəndaşlara yönəldilmiş hücumlar düşərgin edilmiş insanları və qaçqınları Türkiyə sərhədlərinə yığmağı və bölgənin asan şəkildə ələ keçirilə bilməsi üçün boşaldılmasını məqsəd götürüb.

“Yüz minlərlə mülki şəxsin sərhədlərimizə axışmasına icazə verə bilmərik və verməyəcəyik. İmzaladığımız razılaşmalara əsasən həmkarlarımızla hərəkət etmək nöqtəsində həddən artıq səbr göstərdik. Deeskalasiya bölgələrinə dair razılaşma gözdən yayındırılır və rejim indi də bizim əsgərlərimizi hədəf alır. Soçi razılaşması çərçivəsində fevral ayının axırınadək rejimi İdlibdəki müşahidə məntəqələrimizdən kənara çıxarmaqda qətiyyətliyik. Bunun həyata keçirilməsi üçün də havadan və qurudan hərbi gücümüzü hərəkətə keçirəcəyik. Heç bir hücum qarşısında tolerantımız olmayacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın da açıq şəkildə söylədiyi kimi, rejimin bizim hərbi qüvvələrimizə qarşı ən kiçik müdaxiləsinə güclü cavab verəcəyik”-deyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun vurğulayıb.

Altun onu da qeyd edib ki, Suriya xalqının azadlıq və qurtuluş mübarizəsi Türkiyənin suverenliyinin davamı və milli məsələsindən ayrı tutula bilməz.



Әlaqәli Xәbәrlәr