Xarici işlər naziri Mövlud Çavuşoğlu Albaniyada bir sıra görüşlər keçirib

Xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 11-də Albaniyanın paytaxtı Tiranada Türkiyə Maarif Fonduna bağlı Nyu-York Tirana Universiteti Balkan Araşdırmaları Mərkəzinin açılış mərasiminə qatılıb.

1357751

Çavuşoğlu tədbirdə etdiyi çıxışda Balkan Araşdırmaları Mərkəzinin Türkiyə ilə Albaniya arasındakı qardaşlıq əlaqələrinin başqa bir simvolu olduğuna işarə edərək, bu mərkəzin Balkan tarixi, ədəbiyyatı, mədəniyyəti və siyasətlərinə dair ətraflı tədqiqatlar aparacağını söyləyib.

Balkanların Türkiyə üçün daşıdığı əhəmiyyətə diqqət çəkən Çavuşoğlu Albaniya ilə Türkiyənin NATO-da müttəfiq olduğunu və iki ölkə arasında artan əməkdaşlığı vurğulayıb.

Çavuşoğlu çıxışında həmçinin Albaniyada 29 noyabrda baş verən zəlzələyə görə başsağlığı verərək, Türkiyənin fəlakətdə yardım əlini uzadan ilk ölkələrdən biri olduğunu xatırladıb.

Nazir Çavuşoğlu Albaniyadakı görüşləri çərçivəsində burada yaşayan Türkiyə vətəndaşları və iş adamları ilə də bir araya gəlib.

Әlaqәli Xәbәrlәr