Türkiyə və Rusiya heyətləri İdliblə bağlı bir araya gəldi

Görüşlər qarşıdakı həftələrdə də davam edəcək.

1355756
Türkiyə və Rusiya heyətləri İdliblə bağlı bir araya gəldi

 

  Türkiyə və Rusiya heyətləri Suriyanın İdlib şəhərindəki prosesləri müzakirə etmək üçün fevralın 8-də paytaxt Ankarada bir araya gəldi.

  Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın başçılığı ilə Türkiyə Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Milli Kəşfiyyat İdarəsi ilə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin və Rusiya Prezident Aparatı Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin başçılığı altında Rusiya hərbi və kəşfiyyat qurumlarının nümayəndələrindən ibarət heyətlər arasında iki hissəli olmaqla 3 saatlıq görüş keçirilib.

  Söhbətlər zamanı İdlibdəki vəziyyət, meydanda təcili sülh təmin edilməsi üçün atıla biləcək addımlar müzakirə olunub.

  Görüşlər qarşıdakı həftələrdə də davam edəcək.



Әlaqәli Xәbәrlәr