"Rusiyadan fevralın 8-də Türkiyəyə heyət gələcək", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu İdlibdəki vəziyyətin vahiməliyini qoruduğunu ifadə edərək, Rusiyadan sabah bir heyətin mövzuyla əlaqədar olaraq Türkiyəyə gələcəyini söylədi.

1355264
"Rusiyadan fevralın 8-də Türkiyəyə heyət gələcək", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu İdlibdəki vəziyyətin vahiməliyini qoruduğunu ifadə edərək, Rusiyadan sabah bir heyətin mövzuyla əlaqədar olaraq Türkiyəyə gələcəyini söylədi.

Mövlud Çavuşoğlu Xarici İşlər Nazirliyinin rəsmi iqamətgahında Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə keçirdiyi birgə mətbuat konfransında Suriyanın İdlib bölgəsində mülki şəxslərə qarşı Bəşər Əsəd rejimi ünsürlərinin hücumlarından qaynaqlanan vahiməliyin davam etdiyini,  İdlibdəki humanitar fəlakətin dayandırılması üçün lazım olan hər şeyi edəcəklərini bildirib.

Çavuşoğlu rejimin fevralın 3-də türk əsgərlərinə hücum etdiyini və 8 şəhid verildiyini xatırladıb:

“Bunun cavabını güclü şəkildə verdik. Bununla bağlı Rusiyaya da münasibətimizi bildirdik. Rejimin təcavüzkarlığı artıb. Rejimin qarantı olan Rusiya ilə danışıqlarımızı davam etdiririk” deyib.

Çavuşoğlu açıqlamasında "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 2 gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdı. Bu yığıncaqda nümayəndə heyətlərinin yığıncaq keçirəcəyinə dair qərarı çıxdı. Rusiyadan sabah bir heyət Türkiyəyə gəlir. Lazım gələrsə liderlər səviyyəsində məsələ müzakirə ediləcək" deyə bildirib.

Çavuşoğlu ayrıca terror təşkilatı PKK mənsubu terrorçuların Avropa Parlamentinə qəbul edilməsinə də toxunub.

“Terrorla mübarizədə ikiüzlü siyasəti dilə gətirməkdən bezmişik. Bəzi Avropa İttifaqı ölkələri yorulmur. Terror təşkilatının qırmızı bülleten ilə axtarılan insanların niyə AP-də qonaq olduqlarını izah edəcəyik. Əvvəllər oxşar görüşlər keçirirdilər, reaksiya verdik. Bu dəfə siyahıda bu adları göstərmədilər. Dostlarımız terrorçuların salonda olduğunu gördülər. Bu siyasət Aİ-yə etimadı sarsıdır"-deyə Çavuoğlu qeyd edib.



Әlaqәli Xәbәrlәr