MMN: ‘‘İdlibdә törәdilәn hәr növ hücuma lazımı cavab verilәcәk’’
Bu sözlәri Türkiyә Milli Müdafiә Nazirliyinin (MMN) rәsmisi, polkovnik Olcay Denizer deyib.
‘‘Siriyanın İdlib şәhәrindәn edilәn hәr növ hücuma lazımi cavab verilәcәk’’.
Bu sözlәri Türkiyә Milli Müdafiә Nazirliyinin (MMN) rәsmisi, polkovnik Olcay Denizer deyib. Olcay Denizer Nazirliyin 2020-ci ilә dair ilk mәtbuat konfransında bәyanatlar verib.
Suriyadakı Türk hәrbçilәrinin müşahidә mәntәqәlәrindәki vәzifәlәrinә davam edәcәyini deyәn Olcay Denizer Türkiyә Silahlı Qüvvәlәrinin İdlibdә verilәcәk hәr növ vәzifәni hәyata keçirmәyә hazır olduğunu, әmr verilәcәyi tәqdirdә lazımi addımın atılacağını söylәyib.
İraqın şimalında keçirilәn әmәliyyatlara da toxunan Olcay Denizer deyib:
‘‘Pәncә әmәliyyatı nәticәsindә 174 terrorçu zәrәrsizlәşdirilib, 83 mindәn çox silah әlә keçirilib, 403 sığınacaq mәhv edilib. Pәncә әmәliyyatı çәrçivәsindә keçәn il qurulan hәrbi bazalar mövcudluğunu davam etdirәcәk’’.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq