Avropa Parlamentində reaksiyalar davam edir

Avropa Parlamentində (AP) separatçı terror təşkilatı PKK və YPG / PYD-nin dırnaq arası idarəçilərinin iştirakı ilə Kürd konferansının təşkil edilmisinə reaksiyalar davam edir.

1355002
Avropa Parlamentində reaksiyalar davam edir

Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fahrettin Altun mövzu ilə bağlı sosial media hesabından yaydığı açıqlamasında PKK terror təşkilatının uzun müddətdir Avropa ərazilərində kadr təmin etdiyini, xalqdan zorakılıqla bac aldığını, təşkilatlanmağa çalışdığını və təbliqat apardığını xatırladıb və Avropa İttifaqı liderlərinin başda Türkiyə olmaqla ümumdünya üçün təhdid hesab edilən bu fəaliyyətlərə biganə qaldığına diqqət çəkib. İndi isə terror təşkilatının dırnaq arası liderlərinin Avropa parlamentinə dəvət edildiyini ifadə edən Altun vurğulayıb ki, Əgər Avropa terror siyahısına salınmış bir təşkilatın fəaliyyətlərinin qarşısını almayacaqsa bəs ortaq təhlükəsizlikdən necə danışa bilərik?. Türkiyəni insan hüquqları mövzusunda haqsız şəkildə ittiham etməkdə vaxt itirməyən Avropalılar terrorçulara qarşı mübarizə söz mövzusu olduqda lazımlı addımları atmaqda imtina edirlər. Avropa bu iki üzlü siyasətə son qoymalı və regional təhlükəsizliyə üstünlük verdiyini konkret addımlar ataraq göstərməlidir.

 



Әlaqәli Xәbәrlәr