Ömər Çelik: "Avropa İttifaqı parçalanma təhlükəsi ilə üz-üzədir"

Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik fevralın 4-də AK Partiya qərargahında keçirilən Mərkəzi İcra Komitəsi iclasından sonra təşkil edilən mətbuat konfransında Avropa İttifaqının mövcud mövqeyinə münasibət bildirib.

1353393
Ömər Çelik: "Avropa İttifaqı parçalanma təhlükəsi ilə üz-üzədir"

 

  Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik fevralın 4-də AK Partiya qərargahında keçirilən Mərkəzi İcra Komitəsi iclasından sonra təşkil edilən mətbuat konfransında Avropa İttifaqının mövcud mövqeyinə münasibət bildirərək deyib: “Avropa həmişə Rusiya və Çindən gələ biləcək təhdidlərə diqqət edirdi. İndi isə daxili parçalanma və artan irqçilik təhdidlərilə üz-üzə qalıb. İttifaq hələ də islahatlar aparmaq və böhranların öhdəsindən gəlməkdə çətinlik çəkir. Bu da ittifaqın etibarına zərbə endirir və parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalmasına səbəb olur. Avropanın DAEŞ-lə mübarizəsi də irqçiliyin güclənməsinin qarşısını almaqda gördüyü aciz tədbirləri kimidir".



Әlaqәli Xәbәrlәr