Türkiyə əhalisinin sayı nə qədərdir?

Türkiyə Statistika İdarəsi (TÜİK) ''Qeydiyyata Əsasən Əhali Sayı 2019-cu il Nəticələri”ni (Adrese Dayalı Nüfus Kayıt Sistemi 2019 Sonuçları) açıqlayıb. Nəticələrə görə...

1352763
Türkiyə əhalisinin sayı nə qədərdir?

 

  Türkiyənin əhalisi 2019-cu illə müqayisədə 1 milyon 151 min 115 nəfər 83 milyon 154 min 997 oldu.

  Türkiyə Statistika İdarəsi (TÜİK) ''Qeydiyyata Əsasən Əhali Sayı 2019-cu il Nəticələri”ni (Adrese Dayalı Nüfus Kayıt Sistemi 2019 Sonuçları) açıqlayıb. Nəticələrə görə, Türkiyədə 2018-ci ildə 82 milyon 3 min 882 adam var idisə, bu rəqəm 1 milyon 151 min 115 artaraq 2019-cu ildə 83 milyon 154 min 997 nəfərə çatıb.

  Türkiyə əhalinin kişi nisbəti 50,2 (41 milyon 721 min 136 adam), qadın sayı isə 49,8 faiz (41 milyon 433 min 861 adam) olaraq qeydiyyata düşüb.  

  Rayon və qəsəbə mərkəzlərində yaşayanların nisbəti 2018-ci ildəki 92,3 faiz idisə, 2019-cu ildə bu rəqəm 92,8 faizə yüksəlib. Diyar və kəndlərdə olanların sayı isə 7,2 faizə düşüb.



Әlaqәli Xәbәrlәr