"Krımlı tatar qardaşlarımız üçün nə lazımsa, Ukrayna ilə birlikdə edəcəyik", R.T.Ərdoğan

Ukrayna səfərindən vətənə dönüşündə təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib...

1353284
"Krımlı tatar qardaşlarımız üçün nə lazımsa, Ukrayna ilə birlikdə edəcəyik", R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Krım tatarları ilə bağlı Türkiyənin mövqeyinin qəti olduğunu, Krımın işğalını tanımadıqlarını və onların haqqını qorumaq üçün səylərini əsirgəməyəcəklərini vurğuladı.

  Ukrayna səfərindən vətənə dönüşündə təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib:  

  “Ukrayna prezidenti Vladimir Zelenski də Krım mövzusunda qərarlıdır. O “Krım tatarları ilə bağlı fikriniz nədir?” sualını verərkən bu barədə mənim cavabımı xüsusi öyrənmək istədi. Mən də qətiyyətimizi söylədim. Hətta “Bu gün Hersonda 500 ev inşa edə bilərik” deyə təklif verdim, “Birlikdə edək” dedi. Ətraf Mühit və Şəhərsalma Nazirliyimizdən heyət gələcək, burada hörmətli Ukrayna prezidentinin müəyyən edəcəyi adamlarla görüşəcək və hansı bölgə məqsədəuyğun olsa, orada işlərə başlayacağıq.  

  Kiyevdə 33 dönümlük ərazidə krımlı tatar qardaşlarımız üçün məscid, yaşayış və iş yerlərindən ibarət bir kompleks yaradacağıq. Birlikdə addım atacağıq. Krım tatarlarının öz ayaqları üzərində dayanması bizim üçün çox vacibdir. Qardaşlarımıza siyasi, iqtisadi, diplomatik və mədəni sahələrdə də hər cür dəstəyi verəcəyik. Xüsusilə, Hersonda görüləcək işlər mühümdür. Bütün bunlarla birlikdə hörmətli Zelenski ilə “Orada daha nə kimi işlər görə bilərik?” deyə yeni müzakirələr aparacağıq”.



Әlaqәli Xәbәrlәr