ABŞ Türkiyəyə hökumətinə və millətinə başsağlığı verdi

Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyi, Suriyanın İdlib bölgəsində həyata keçirilən hücum nəticəsində şəhid olan Türk əsgərləri üçün başsağlığı verdi.

1352603
ABŞ Türkiyəyə hökumətinə və millətinə başsağlığı verdi

Türk silahlı qüvvələrinin hücumlara qarşı atdığı addımları dəstəklədiyini bildirdi.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bölgədə cərəyan edən proseslərə dair açıqlama verib. O: “ABŞ Əsəd rejimi, Rusiya, İran və Hizbullahın İdlib xalqına yönəlik haqsız və qanunlara zidd hücumlarını pisləyir. Koordinasiya və gərginliyi azaltmaq məqsədiylə İdlibə cəlb olunan Türk əsgərlərinin hədəfə götürülməsi qəbul edilməzdir. NATO müttəfiqimiz Türkiyənin bu sahədə atdığı bütün addımlara dəstəyimizi bildirir və hücum nəticəsində həyatını itirən əsgərlərin ailələri başda olmaqla Türk hökuməti və millitinə başsağlığı veririk. Türkiyənin qanunlar çərçivəsində özünü müdafiə məqsədiylə lazımlı tədbirliri görməsini yüksək qiymətləndirir və Türk rəsmilər ilə mövzu haqqında fikir mübadiləsi edirik”.

Açıqlamada həmçinin vurğulanıb ki, Rusiya, İran, Hizbullah və Əsəd rejiminin sabitliyə zərbə endirən qanunsuz hücumları Suriyada atəşkəsin bərpası başda olmaqla ölkənin şimal ərazilərində didərgin düşmüş yüz minlərlə suriyalıların evlərinə geri qayıtmalarına maneə təşkil edir.

Xatırladaq ki, dünən Milli Müdafiə Nazirliyi bölgədə davam edən qarşıdurmaların qarşısını almaq məqsədiylə İdlibə cəlb olunan Türk Silahlı Qüvvələri karvanına rejim qüvvəlirinin hücumu nəticəsində 8 nəfərin şəhid olduğunu açıqladı.



Әlaqәli Xәbәrlәr