Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Rusiyanın açıqlamasını təkzib etdi

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Rusiyanın “Türkiyə İdlibdə əməliyyat keçirərkən bizə məlumat vermədi” açıqlamasını təkzib etdi.

1352351

Ömər Çelik şəxsi “twitter” hesabında bunları yazıb:

"Rusiyaya məlumat verilmədiyi tərzindəki açıqlama düzgün deyil. Türkiyə Rusiyaya nizamlı və anlıq məlumat verir. Bu son hadisədə də məlumat verilib. Məlumat verilmədiyinin söylənməsi düzgün deyildir. Qüvvədəki mexanizmlər hər zamankı kimi işlədilib”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi İdlibdə 6 Türkiyə əsgərinin şəhid olduğu hücumla bağlı açıqlamasında Türkiyənin Rusiyanı əməliyyat barədə xəbərdar etmədiyi üçün Türkiyə əsgərinin Suriya ordusu tərəfindən vurulduğunu bildirmişdi.

Әlaqәli Xәbәrlәr