Türkiyə Milli Təhlükəsizlik Şurası cari ilin ilk iclasını keçirdi

Türkiyədə ilin ilk Milli Təhlükəsizlik Şurası yığıncağı yanvarın 30-da prezident Rəcəb Tayyib Ərdoğanın başçalığında Beştepedə keçirildi.

1350635
Türkiyə Milli Təhlükəsizlik Şurası cari ilin ilk iclasını keçirdi

Türkiyədə ilin ilk Milli Təhlükəsizlik Şurası yığıncağı yanvarın 30-da prezident Rəcəb Tayyib Ərdoğanın başçalığında Beştepedə keçirildi.

Yığıncaqdan sonra yayılan açıqlamada İdlib başda olmaqla Suriyanın müxtəlif bölgələrində terrora qarşı əlavə tədbirlərin görülməsinə dair qətiyyətlilik vurğulanıb.

Açıqlamada bildirilib: “Milli təhlükəsizlik baxımından əhəmiyyət daşıyan daxili və xarici məsələlər ətraflı şəkildə müzakirə olundu. 2019-cu il qiymətləndirildi və 2020-cu ildə baş verə biləcək əhvalatlar və bu çərçivədə görülə biləcək tədbirlər nəzərdən keçirildi. Türkiyənin milli birlik və bərabərliyilə gələcəyini təhdid edən PKK/KCK-PYD/YPG, DEAŞ və FETÖ başda olmaqla bütün terror təşkilatlarına qarşı ölkə daxilində və xaricində uğurla həyata keçirilən əməliyyatlar barəsində Şuraya məlumat təqdim edildi. Türkiyənin cənub sərhədlərini qorumaq, sərhədlərdən kənardaki dost və qardaş icmaların təhlükəsizliyini təmin etmək, bölgədə daimi sabitliyin yaranmasına töhfə vermək mövzularındakı həssaslıq vurğulandı”.

Milli Təhlükəsizlik Şurasının yığıncağından sonra yayılan açıqlamada davamla qeyd olunub: “Liviyanın siyasi birliyi və torpaq bütövlüyünün qorunaraq ölkə miqyasında sülh və dincliyin yaranması üçün BMT tərəfindən tanınan Milli Həmrəylik Hökuməti dəstəklənməkdə davam edəcək. Bütün ölkələri daimi atəşkəsin təmin edilməsi cəhdlərini dəstəkləməyə çağırırıq. Türkiyənin Aralıq dənizindəki haq və maraqları ilə yanaşı Liviya xalqı ilə olan 500 illik dostluğunun bir əsası kimi bu ölkədə təhlükəsizlik və sabitliyin ədalətli şəkildə bərpası barədə hər sahədə üzərinə düşən məsuliyyətləri yerinə yetirəcəyi vurğulandı.”

ABŞ ilə İran arasındakı gərginlikdən duyulan narahatlığın dilə gətirildiyi bildirilən açıqlamada sülh və sabitliyin qorunması üçün tərəflər təmkinli olmağa dəvət edilib, başqa ölkələrin iki ölkə arasında toqquşma sahəsinə gətirilməsindən imtina edilməsinin vacibliyi vurğulanıb.

Somalidə edilən və Türkiyə vətəndaşlarının da aralarında olduğu çox sayda adamın ölməsinə səbəb olan terror hücumlarının qınandığı ifadə edilən açıqlamada “Dost və qardaş Somali xalqının yanında olduğumuz bir daha təsdiqlənmiş, dinclik, təhlükəsizlik və rifah mühitinin bərpası üçün dəstəyimizin davam etdiriləcəyi ifadə edilmişdir” deyə bildirilib.

Açıqlamada “ABŞ rəhbərliyinin İsrail-Fələstin məsələsinə dair irəli sürdüyü planın Fələstin və Qüdsə qarşı işğal, məhv etmə və təzyiq siyasətlərini qanuniləşdirməyi hədəf götürən “ilhaq planı” olduğu vurğulandı və həllin ancaq 1967 sərhədləri əsas götürülərək paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və iki dövlətin olduğu bir Fələstin dövlətinin qurulması ilə mümkün olduğu ifadə edilmişdir” deyilib.

Elazığ və Malatyada yanvarın 24-də baş verən zəlzələdən sonra görülən tədbirlər və axtarış-xilasetmə fəaliyyətləri barədə Milli Təhlükəsizlik Şurasına məlumat təqdim edildiyi bildirilən açıqlamada bu çərçivədə Türkiyənin təbii fəlakətlərə hazırlıq fəaliyyətlərinin bir daha qiymətləndirildiyi də vurğulanıb.



Әlaqәli Xәbәrlәr