Türkiyə Burkino Fasoya başsağlığı verdi

Türkiyə Burkino Fasonun şimalında bazar yerinə edilən terror hücumu nəticəsində həyatını itirənlər üçün ölkəyə başsağlığı verdi.

1350532
Türkiyə Burkino Fasoya başsağlığı verdi

Türkiyə Burkino Fasonun şimalında bazar yerinə edilən terror hücumu nəticəsində həyatını itirənlər üçün ölkəyə başsağlığı verdi.

Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, “Burkino Fasonun şimalındakı Soum vilayətinə bağlı Silgadji kəndində edilən terror hüvumu nəticəsində çox sayda adamın həyatını itirdiyi dərin kədərlə öyrənilib. Bu terror aktını qınayırıq” ifadələri yer alıb.

Açıqlamada qardaş Burkino Faso xalqına, hökumətinə və həyatını itirənlərin ailə və yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, naməlum şəxslər tərəfindən Silgadji kəndindəki bazar yerinə həftə sonu edilən silahlı hücum nəticəsində 50-yə yaxın adam həyatını itirib.



Әlaqәli Xәbәrlәr