Rәcәb Tayyib Әrdoğan Qambiyada tәşkil edilәn mәtbuat konfransında Liviya mәsәlәsini qiymәtlәndirib

Qambiyaya rәsmi sәfәr edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan hәmkarı Adama Barrovla keçirdiyi görüşdәn sonra Prezident İqamәtgahında tәşkil edilәn mәtbuat konfransında çıxış edib.

1348511
Rәcәb Tayyib Әrdoğan Qambiyada tәşkil edilәn mәtbuat konfransında Liviya mәsәlәsini qiymәtlәndirib
erdogan ucak gazeteciler.jpg

 

Qambiyaya rәsmi sәfәr edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan hәmkarı Adama Barrovla keçirdiyi görüşdәn sonra Prezident İqamәtgahında tәşkil edilәn mәtbuat konfransında çıxış edib.

Çıxışı zamanı Liviyadakı son proseslәrә toxunan Rәcәb Tayyib Әrdoğan bildirib ki, Hafter hәm Berlindә, hәm dә Moskvada keçirilәn görüşlәrdә әldә olunan  razılaşmaları  vә ya hazırlanan sәnәdlәri imzalamayıb.

Liviya Milli Hәmrәylik Hökumәtinin sәdri Fayyiz Sәrracın hazırlanan sәnәdlәri imzaladığını xatırladan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Keçirilәn beynәlxalq iclaslarda  tәrәflәr bu növ sәnәdi imzalamırlarsa razılıq әldә olundu deyә bilmәrik’’.

Qeyd edәk ki, Әrdoğan Qambiyaya gedәrkәn tәyyarәdә jurnalistlәrә verdiyi açıqlamada Liviya probleminin hәll olunması üçün yol xәritәsinin artıq bәlli olduğunu söylәyib.

Rәcәb Tayyib Әrdoğan Birlәşmiş Millәtlәr Tәşkilatının himayәsindә  beynәlxalq sәviyyәdә legitimliyi olan hökumәtin rәhbәrliyi ilә atәşkәs rejiminin dәrhal hәyata keçirilmәsi  vә siyasi prosesin irәlilәmәsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr