Ərdoğan Afrika səfərilə bağlı ətraflı məlumat verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə hərəkət etməzdən əvvəl İstanbul Atatürk Havalımanında təşkil edilən mətbuat konfransında çıxış edib.

1347527
Ərdoğan Afrika səfərilə bağlı ətraflı məlumat verdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə hərəkət etməzdən əvvəl İstanbul Atatürk Havalımanında təşkil edilən mətbuat konfransında çıxış edib.

  Həmkarlarının dəvətləri ilə 26-28 yanvar tarixlərində sıra ilə Əlcəzair, Qambiya və Seneqalda olacaq Ərdoğan bu Afrika səfərinə ölkənin nazir, millət vəkili, müxtəlif dövlət və özəl sektor nümayəndələrilə birgə gedir.

  Afrika dövrünün ilk dayanacağı olan Əlcəzairin son bir ilin çətinliyini müvəffəqiyyətlə sovuşdurduğunu dilə gətirən Ərdoğan mediaya açıqlamasında bunları söyləyib:

  “Əbdülməcid Tebbun vəzifəyə gəldikdən sonra Əlcəzairə ilk dəfə prezident kimi yollanmaq bu səfərə ayrı bir əhəmiyyət qazandırır.

  Hörmətli Tebbunla biz Berlin zirvə toplantısında bir araya gəldik. Orada ikili söhbətimiz oldu. Bu səfərimizdə onunla və ölkənin digər səlahiyyətlilərilə keçirəcəyimiz görüşlər ikitərəfli əlaqələrimizi ətraflı müzakirə etməyə imkan verəcək. Əlcəzairdə ortaq iş forumu təşkil edəcəyik. Söhbətlərimizdə, eyni zamanda, başda Liviya olmaqla, bölgəmizdə gedən aktual proseslər haqqında da fikir mübadiləsi olacaq.

  Əlcəzairdən sonra yanvarın 27-də Qambiyaya səfər edəcəyik. Bu da ölkəmizdən Qambiyaya ilk prezident səfəri olacaq. Qambiya Afrikada Fətullahçı Terror Təşkilatı (FETÖ) məktəbini ilk bağlayan ölkə olduğu üçün bizə görə xüsusi yeri vardır. Bu ölkə ilə əlaqələrimizi, ticarət və turizm başda olmaqla, hər sahədə inkişaf etdirmək istəyirik.

  Qambiya səfərinin axşamı Seneqala keçəcəyik. Məqsədimiz bölgəsində sabitlik abidəsi olan Seneqalla əlaqələrimizi daha da gücləndirməkdir. Seneqalın respublika başçısı Makki Sal (Macky Sall) ilə çox yaxın dostluğumuz var. Bu səfərdə həm investisiya, həm də gündəmdəki digər məsələlərdən danışacağıq.

  Afrika qitəsi ilə kökü 10-cu əsrə dayanan əlaqələrimiz var. Səylərimiz nəticəsində son 17 ildə Afrika ölkələriylə Türkiyə arasındakı ticarət həcmi 381 faiz artaraq 26 milyard dollara çatıb. Bu da onu göstərir ki, 2003-cü ildən bu yana icra etdiyimiz “Afrika açılımı” siyasəti çox istiqamətli şəkildə inkişaf edir.

  Türkiyə - Afrika ortaq zirvə toplatısının üçüncüsünü bu ilin aprelində ölkəmizdə təşkil etmək istəyirik. Bununla əlaqədar görüşlərimiz davam edir, fevral ayının ikinci həftəsi qəti qərar bəlli olacaq.”



Әlaqәli Xәbәrlәr