Angela Merkel İstanbula işğüzar sәfәr edib
Almaniya kansleri Angela Merkel Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın dәvәti ilә İstanbula işgüzar sәfәr edib.
Almaniya kansleri Angela Merkel Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın dәvәti ilә İstanbula işgüzar sәfәr edib.
Mәlumata görә, Angela Merkelin tәyyarәsi Türkiyә vaxtı ilә saat 23.15-dә Atatürk Hava Limanına enib.
Angela Merkelin İstanbulda çox sayda görüş keçirәcәyi bildirilir. Merkelin Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanla keçirәcәyi görüşdә ikitәrәfli münasibәtlәr, Türkiyә-Avropa İttifaqı münasibәtlәri, Gömrük Birliyinin yenilәnmәsi vә viza rejiminin sadәlәşdirilmәsi mәsәlәlәrinin müzakirә edilmәsi gözlәnilir.
Görüşlәrdә hәmçinin Liviya vә Suriya başda olmaqla regional vә beynәlxalq mәsәlәlәr әtrafında fikir mübadilәsinin aparılması da nәzәrdә tutulur.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq