Bolqarıstanda "Türkiyə təqaüdləri" proqramı tanıdıldı

Abdullah Eren 126-sı dövlət olmaqla 208 universiteti olan Türkiyənin təqaüd proqramı üçün 170 ölkədən müraciət olduğunu və Türkiyədəki ali təhsilin keyfiyyətini nəzərə çatdıraraq deyib...

1345400
Bolqarıstanda "Türkiyə təqaüdləri" proqramı tanıdıldı

 

  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Türkiyə dövləti tərəfindən hər il bakalavr, magistr və aspirantura üzrə oxuyan 4 minə yaxın xarici tələbəyə təqaüd imkanı təmin edildiyini bildirib.

  Bolqarıstanda "Türkiyə təqaüdləri"ni (Türkiye Bursları) tanıdan A.Eren bununla əlaqədar Konstantin Preslavski Universitetində təşkil edilən təqdimat mərasimi ərəfəsində rektor, professor Georgi Kolevlə bir araya gəlib.

  Abdullah Eren 126-sı dövlət olmaqla 208 universiteti olan Türkiyənin təqaüd proqramı üçün 170 ölkədən müraciət olduğunu və Türkiyədəki ali təhsilin keyfiyyətini nəzərə çatdıraraq deyib:

  "Ən mühüm meyarımız akademik müvəffəqiyyətdir. Biz təqaüdləri verərkən etnik mənşə, milliyyət deyil, akademik uğuru ön planda tuturuq.  

  Bir həftə boyu Bolqarıstanda YTB və “Türkiye Bursları”nın təqdimat kampaniyası icra edildi. Bu baxımdan Bolqarıstan gənclərinin sayında artım gözləyirik.

  Biz həm Balkan coğrafiyasında sülh, həm də Türkiyənin dəniz və qurudan sərhəd qonşusu olması ilə əlaqədar bu ölkələrlə ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çıxarmaq məqsədilə təqaüd proqramına böyük əhəmiyyət veririk.

  “Türkiyə təqaüdləri” uğurlu beynəlxalq bir təqaüd proqramıdır, yalnız türk dünyasına deyil, bolqarlara da açıqdır”.



Әlaqәli Xәbәrlәr