"Türkiyə Liviyada yaxın zamanda atəşkəsin təmini üçün səylərini davam etdirir" H.Akar

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin səyinin həm Liviyada, həm Suriya İdlibdə siyasi həll yolu ilə sülhün, əmin-amanlığın hakim olması, axan qanın dayanması olduğunu söylədi.

1341317
"Türkiyə Liviyada yaxın zamanda atəşkəsin təmini üçün səylərini davam etdirir" H.Akar

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin səyinin həm Liviyada, həm Suriya İdlibdə siyasi həll yolu ilə sülhün, əmin-amanlığın hakim olması, axan qanın dayanması olduğunu söylədi.

Paytaxt Ankarada keçirilən mətbuat konfransında çıxış edən Akar Liviyada atəşkəs ehtimalının qalmadığına dair  şərhlərə toxunaraq deyib:

"Bunu deyə bilmərik, bununla bağlı fəaliyyətlər davam edir. Liviyada bundan sonra Rusiya prezidenti Vladimir Putin və Liviyadakı komandasının fəaliyyətlərinin nəticələrini gözləyirik, tərəfmüqabillər ruslardır. Liviyadakı atəşkəsin sona çatmasına dair açıqlamaların isə sahədə bir qarşılığı yoxdur”.

Hulusi Akar Almaniyanın paytaxtı Berlində keçiriləcək Liviya konfransının genişmiqyaslı iştirakçısının olacağını, Liviyadakı tərəflərin də qatılacağını, konfransdan bir nəticə çıxa biləcəyini söyləyib.

Akar " Gec də olsa Hafterin Berlində bir nöqtədə həmfikir olacağını gözləyirik. Yaxın zamanda atəşkəsin qüvvəyə minməsini diləyirik. Siyasi həlldən tərəfik” deyib.

İdlibdəki atəşkəs mövzusuna da toxunan Akar rejimin bölgədəki hücumlara davam etdiyini bildirib.

Ruslarla təhlükəsiz bölgə yaradılması və xalqın orada qış mövsümünü keçirməsi üçün danışıqlar keçirildiyini qeyd edən Akar Türkiyənin İdlib müşahidə nöqtəsindən çəkilməsinin gündəmdə olmadığını vurğulayıb.

Müdafiə naziri əlavə edib ki, İraq parlamentinin xarici qoşunların torpaqlarını tərk etməsi barədəki qərarı çərçivəsində rəsmi olaraq gələn məlumat/tələb yoxdur.



Әlaqәli Xәbәrlәr