Rusiya və Türkiyə gəmiləri toqquşdu

İstanbul Sahil Təhlükəsizlik Komandanlığından edilən şərhdə bildirilir...

1338262
Rusiya və Türkiyə gəmiləri toqquşdu

 

  İstanbulun Kilyos sahillərinə yaxın Rusiya bayraqlı tankerlə toqquşan balıqçı gəmisindən 3 adam qurtarılıb, itgin düşən 3 nəfərinsə axtarış-xilasetmə işləri davam edir.

  İstanbul Sahil Təhlükəsizlik Komandanlığından edilən şərhdə bildirilir:

  “Türkiyə vaxtıyla sübh saat 06.30-da İstanbul Boğazının şimal-qərbinin 5 mil məsafəsində Rusiyadan İzmirə gedən Rusiya bayraqlı tankerlə Türkiyə bayraqlı balıqçı gəmisi toqquşub. Qəzada gəmi batıb, 3 adam bölgədə olan balıqçılar tərəfindən qurtarılıb. Hadisə yerinə dərhal Sahil Təhlükəsizlik katerləri və vertolyot sövq edilib.

  İtkin düşən 3 nəfər Sahil Təhlükəsizliyi İdarəsinə aid motorlu qayıqlar tərəfindən axtarılır."



Әlaqәli Xәbәrlәr